Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) sentyabrın 27-də İrlandiyanın Drogeda şəhərində keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.
İsti.press xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat yayıb. O bildirib ki, sıx tur qrafikinə görə komandanın bütün üzvləri İrlandiyaya giriş üçün vaxtında viza ala bilməyib.
İfaçı qeyd edib ki, alınan biletlər konsertin yeni tarixi üçün də keçərli olacaq. Yeni tarixlə bağlı məlumat komandanın üzvlərinə vizalar verildikdən və bütün məsələlər həll olunduqdan sonra açıqlanacaq.
Yeni tarix uyğun olmayan şəxslər isə biletlərini geri qaytara biləcəklər.
Qeyd edək ki, bundan əvvəl Coninin Vyanadakı konserti də texniki səbəblərdən təxirə salınmışdı.
