“Hari Potter”dəki “Cinni Uizl” rolu ilə tanınan britaniyalı aktrisa Bonni Raytın ikinci övladı dünyaya gəlib.
İsti.press xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat yayıb. Onun Aster Skay adlı oğlu dünyaya gəlib.
Qeyd edək ki, Endryu Lokoko ilə ailəli olan aktrisanın bu evlilikdən bir qızı da var.

