By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Reading: Bakıda uşaq bağçasında zorakılıq iddiası: Cinayət işi açıldı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İsti Pressİsti Press
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
  • Əsas səhifə
  • İsti
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • İdman
  • İqtisadiyyat
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Texnologiya
  • Bizi izlə
Follow US
  • Advertise
Home » Blog » Bakıda uşaq bağçasında zorakılıq iddiası: Cinayət işi açıldı
Kriminal

Bakıda uşaq bağçasında zorakılıq iddiası: Cinayət işi açıldı

Bənövşə
Last updated: Oktyabr 30, 2026 4:08 axşam
By
Bənövşə
2 Min Read
Share
SHARE

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb.

İsti.press xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanıb:

“Xəzər TV”də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.

Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.

Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var”.

Qeyd edək ki, sözügedən iddialarla bağlı ötən gün mediada videogörüntülər də yayılıb. Valideynlər övladlarının bağçada ciddi psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən döyüldüyünü iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə övladlarına lazımi qayğı göstərilməyib. Həmçinin direktor barəsində əvvəllər də analoji şikayətlərin olduğu vurğulanıb.

Share This Article
Facebook Telegram Print
Share
Previous Article Noyabrda bəzi bölgələrdə yağış normadan çox olacaq – Hava necə keçəcək?
Next Article Zaur Rzayevin oğlu atasının ölümündən sonra paylaşım etdi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Latest News

“Bizimkilər “Trendyol”a qoşulandan “zayı” çıxdı”
Maqazin
Şafak Sezerin son halı bəyənilmədi
Maqazin
Lara Aslan yeni seriala çəkilir
Maqazin
Günay İbrahimlinin yeni görünüşü diqqət çəkdi
Maqazin
//

İsti.press gündəmi fərqli baxış bucağı ilə təqdim edən müasir xəbər platformasıdır. Sayt oxucularına maraqlı, dinamik və diqqətçəkən məzmun təqdim etməyi hədəfləyir.

Sosial şəbəkədə bizə qatıl

İsti.press © 2026 Xəbər Agentliyi
Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?