Amerikalı aktyor, səsləndirmə və dublyaj ustası Erik Bauza vəfat edib.
İsti.press xəbər verir ki, aktyor 46 yaşında ötən gün evində dünyasını dəyişib. Onun ölümünə səbəb hipertenziv ürək xəstəliyi olub.
Qeyd edək ki, Erik Bauza “Şən melodiyalar” cizgi serialında “Bugs Bunny”, “Daffy Duck” obrazlarını səsləndirməsi ilə tanınıb.
Bundan başqa, aktyor tamaşaçıların sevimlisinə çevrilmiş onlarla digər cizgi-film qəhrəmanının səsi olub. Məsələn, “Rik və Morti” animasiya serialında Qlen və Sisko, “Ren və Stimpi: Böyüklər üçün əyləncə” cizgi serialında Stimpi, “Çəkməli pişiyin macəraları” serialında isə Çəkməli pişik obrazlarını səsləndirib.
Aktyor “Animasiya proqramında ən yaxşı səsləndirmə” kateqoriyasında beş dəfə “Emmi” mükafatına namizəd olub. Bundan əlavə, “Şən melodiyalar”dakı işinə görə üç dəfə “Emmi” mükafatına layiq görülüb. 2022-ci ildə isə “Enni” mükafatını qazanıb.
