“İnter Mayami”nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik xüsusi lüks yaxta sifariş edib.
İsti.press xəbər verir ki, bu barədə yaxtanın istehsalçısı olan “Sunreef Yachts” şirkəti məlumat yayıb.
Sifarişin dəqiq məbləği açıqlanmasa da, gəminin hazırda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmiayırma zavodunda inşa edildiyi bildirilir.
