Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb.
İsti.press xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatlarına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,19% artaraq 82 646,65 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 2,34% ucuzlaşıb.
“Ethereum”un qiyməti 0,07% azalaraq 2 493,67 dollara enib. “BNB” 0,70% bahalaşaraq 748,19 dollar, “XRP” isə 0,70% artaraq 1,40 dollar təşkil edib.
Stabil kriptovalyutalardan “Tether”in (USDT) qiyməti 0,01% artaraq 0,9991 dollar, “USDC”nin qiyməti isə 0,01% yüksələrək 0,9999 dollar olub.
