Türk musiqisinin tanınmış sənətçisi İbrahim Tatlısəs bir müddət əvvəl öd kisəsindən əməliyyat olunub və daha sonra reabilitasiya prosesinə başlayıb.
İsti.press xəbər verir ki, İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız da sənətçinin səhhəti ilə bağlı açıqlama verib. Tatlısesin son vəziyyəti barədə danışan Yıldız bildirib ki, sənətçinin müalicəsi davam edir.

