Xalq artisti Röya Ayxan yeni mahnısını və klipini təqdim edib.
İsti.press xəbər verir ki, “Baldır Yar” adlanan mahnının musiqisi İsmail Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjimanı isə Vüsal Həsənova aiddir.
Mahnı üçün çəkilən klipin rejissoru Murad Hüseynovdur. Ekran işində Röya Ayxan dörd fərqli obrazda kamera qarşısına keçib. Müğənninin saç və makiyajını Babək Qədirov hazırlayıb, obrazların stilist işlərini isə Niko Lab həyata keçirib.
Qeyd edək ki, Röya Ayxan “Baldır Yar” mahnısını ilk dəfə Yaşıl Teatrda baş tutan konserti zamanı səsləndirib.
Yeni mahnını artıq bütün rəqəmsal musiqi platformalarından dinləmək mümkündür.
