Rusiyalı jurnalist Kseniya Sobçak Paris Moda Həftəsində müğənni Rihanna ilə fotosunu paylaşıb.
İsti.press xəbər verir ki, Sobçak paylaşımına “Rihanna ilə tanışlıq” qeydini əlavə edib.
Onun bu ifadəsi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. İzləyicilər “Buna tanışlıq demək bir az şişirdilib” və “O, heç sənin kim olduğunu belə bilmir” kimi şərhlər yazıblar.
