Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra yenidən efirə qayıdır.
İsti.press xəbər verir ki, aparıcı bu dəfə “Space TV”də tamaşaçıların görüşünə gələcək. C.Rəhimova yeni verilişinin anonsunu sosial media hesabında yayımlayıb.
Aparıcının sözlərinə görə, proqram “Sən bir nəğmə, mən bir nəğmə” adlanacaq. İllər əvvəl tamaşaçıların sevgisini qazanan veriliş uzun fasilədən sonra bu dəfə yeni formatda ekranlara qayıdır.
Ceyran Rəhimova yeni layihədən görüntüləri də izləyiciləri ilə bölüşüb.
