“Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanla bağlı növbəti əməliyyat keçirilib.
İsti.press xəbər verir ki, istintaq çərçivəsində Tançalana məxsus pulların İstanbulun Sarıyer rayonunun Maslak ərazisindəki avtomobillərdə gizlədildiyi müəyyənləşib.
Axtarış zamanı avtomobillərdən ümumilikdə 16 milyon 440 min avro və 700 min ABŞ dolları aşkar edilib. Tapılan pulların miqdarı belə olub:
20 min ədəd 500 avroluq əskinas – 10 milyon avro;
29 min 300 ədəd 200 avroluq əskinas – 5 milyon 860 min avro;
3 min 200 ədəd 100 avroluq əskinas – 320 min avro;
5 min 200 ədəd 50 avroluq əskinas – 260 min avro;
7 min ədəd 100 dollarlıq əskinas – 700 min ABŞ dolları.
Aşkarlanan avronun ümumi dəyəri 31 milyon manatdan çox, ABŞ dollarının dəyəri isə 1 milyon manatdan artıqdır.
İstintaq çərçivəsində hər iki avtomobilə həbs qoyulub. Bir şübhəli saxlanılıb və onun barəsində hüquqi prosedurlara başlanılıb.
