Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib.
İsti.press xəbər verir ki, o, “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.Hakan Sabancı yarış zamanı lentə aldığı görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Hakan Sabancının daha əvvəl aktrisalar Hande Erçel və Rabia Soytürklə münasibətdə olduğu bildirilib. İş adamının bir müddət əvvəl Xumar adlı azərbaycanlı qızla da sevgili olduğu iddia edilib.
Hazırda isə onun ispaniyalı model Tatiana Panakalla münasibətdə olduğu iddia olunur.
