Müğənni Elvin Abdullayev formada qalmasının sirrini açıqlayıb.
İsti.press xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında qonaq olub. Onun son zamanlar çəki itirməsi də diqqətdən yayınmayıb.
Elvin Abdullayev bununla bağlı suallara cavab olaraq idmanla məşğul olduğunu və qidalanmasına diqqət etdiyini bildirib:
“Hamı bilir ki, idmanla məşğul oluram. Kökəlməyə meyilli biriyəm. Amma özümü qoruyuram. Hər bir sənətçi görünüşünə fikir verməlidir. Yeməyimə həmişə fikir verirəm”.
