Türkiyəli aktrisa Ahu Sunqurun yeni layihəsi bəlli olub.
İsti.press xəbər verir ki, aktrisa “Kızılcık şerbeti” serialının heyətinə daxil olub. O, ekran işində “Ayşin” obrazını canlandıran Oya İloğullarının anası rolunda çıxış edəcək.
Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler canlandırır.
