Eşq yaşadıqları iddiası ilə gündəmə gələn türkiyəli aktrisa Melisa Döngel və reper Murda ilk dəfə birlikdə görüntülənib.
İsti.press xəbər verir ki, Melisa Döngel və Murda ötən gecə Kuruçeşmədə yerləşən məkandan çıxarkən kameraların obyektivinə tuş gəliblər.
Aktrisa məkanda doğum gününü qeyd etdiyini bildirib.
“Dostlarımla gözəl bir axşam keçirdim, gözəl arzular dilədim”, – deyə Melisa Döngel söyləyib.
O, Murda ilə münasibəti barədə ünvanlanan sualları isə cavabsız qoyub. Aktrisa daha sonra reperlə eyni avtomobilə minərək ərazidən uzaqlaşıb.
